“Qəbələ”nin futbolçusu Çexiya çempionunun heyətində

16 Fevral 2018 21:38 (UTC+04:00)

AzNews.az xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi Rövlan Muradov Çexiyanın “Slaviya Praqa”nın U-21 komandasının formasını geyinəcək.

Muradovla mövsümün sonuna qədər müqavilə imzalanıb. 19 yaşlı yarımmüdafiəçi ümidləri doğrultsa müqavilənin müddəti artırılacaq.