Mahmud Əhmədinejad dəfn mərasimində iştirak edəcək

7 Mart 2013 11:17 (UTC+04:00)



Qeyd edək ki, martın 6-da M. Əhmədinejadın iştirakı ilə keçirilmiş Nazirlər Kabinetinin iclasında U. Çavesin xatirəsinə və Venesuela xalqına hörmət məqsədilə ölkədə bir günlük matəm elan edilib. İran prezidenti Venesuela xalqına ünvanladığı başsağlığı məktubunda isə U. Çavesin ölümündən böyük kədər hissi keçirdiyini bildirib: "Venesuela xalqı cəsur və igid bir övladını, dünya isə müdrik və inqilabçı bir lideri itirdi".

AzNews.az