Xarici ticarət əməliyyatlarından 350 mln. dollar müsbət saldo əldə edilib

17 Fevral 2018 12:47 (UTC+04:00)

Bu ilin yanvar ayı ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 1 mlrd. 727 mln. 332,84 min ABŞ dolları təşkil edib.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 472 mln. 652,58 dollar və ya 37,67% çoxdur.

Ötən ay ərzində idxal əməliyyatları 688 mln. 625,61 min dollar olub ki, bu da 2017-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 238 mln. 573,34 min dollar və ya 53,01% çoxdur.

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 1 mlrd. 038 mln. 707,23 min dollar olub ki, bu da 2017-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 234 mln. 79,24 min dollar və ya 29,09% çoxdur.

Nəticədə 350 mln. 81,62 dollar məbləğində müsbət saldo yaranıb.