Ötən il Azərbaycanın idxal etdiyi taxılın həcmi açıqlanıb

17 Fevral 2018 13:05 (UTC+04:00)

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, taxılçılıqda nəzərəçarpan nəticələr əldə edilib: "Ötən il Azərbaycan 1,2 mln. ton taxıl idxal edib, halbuki 2016-cı ildə idxalın həcmi 1,6 mln. ton olub. İdxal olunan taxıl 1-ci, 3-cü sinif taxıldır".

H.Əsədov xaricdən müvafiq kombaynların alınacağını və bununla bağlı artıq müqavilələrin olduğunu da qeyd olub: "Kombaynların gətirilməsinə bu ilin aprel ayından başlanılacaq. Bu il, ümumilikdə, 190 ədəd kombaynın alınması nəzərdə tutulur".