Milanda tələbə metro xəttinə düşən uşağı xilas edib - Video

17 Fevral 2018 13:10 (UTC+04:00)

AzNews.az “Sputnik”ə istinadən xəbər verir ki, hadisə nəzarət kameralarına qeydə alınıb.

Görüntüdən məlum olduğu kimi, uşaq platformanın kənarına yaxınlaşır və relslərin üzərinə yıxılır. Uşağın yanında olan qadın təşvişə düşüb. Həmin ərazidə olan gənc oğlan platformadan relslərin üzərinə atılaraq uşağı xilas edib.

Xilas olunann uşağın 2 yaşı var və ciddi xəsarətlər almayıb. Onu xilas edən şəxs isə 18 yaşlı tələbə olub.