Bakıda “DTX-nın idarə rəisi” tutuldu

17 Fevral 2018 15:20 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, Azərbaycan vətəndaşı Alıyev Eldəniz Kamil oğlu özünü DTX-nın Bakı rayon idarələrindən birinin rəisi kimi təqdim edərək, fırıldaq yolu ilə vətəndaşların pulunu mənimsəyib.

Eldəniz Alıyev operativ əməliyyat zamanı saxlanılıb. O, Dövlət Təhlükəsizliyi Xidmətində qaldırılmış iş üzrə cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda E.Alıyevin qeyri-qanuni fəaliyyətinin araşdırılması davam edir.