Orta məktəb müəllimi tarix dərsliyindəki səhvdən şikayət etdi

17 Fevral 2018 15:29 (UTC+04:00)

Müəllim bildirib ki, X siniflər üçün “Ümumi tarix” dərsliyindəki xəritədə slavyanlar üzərinə səlib yürüşünün olduğu qeyd edilib. “Halbuki, tarixdə heç vaxt səlibçilərin slavyanlar üzərinə yürüşü baş verməyib. Amma xəritədə səhv veriblər, belə bir yürüşün olduğunu göstəriblər, bu da şagirdləri çaşdırır”

Müşfiq Nağıyev deyir ki, X siniflər üçün “Ümumi tarix” kitabının yeni nəşrində 1721-ci ildə I Pyotra imperator titulu verildiyi və bununla da Rusiyanın imperiyaya çevrildiyi qeyd edilib.

“VII sinfin “Umumi tarix” dərsliyində isə yazılır ki, XVI əsrin sonunda Sibirin Rusiyaya qatılmasından sonra Rusiya imperiyaya cevrildi. Çox çasqınlıq yaradılır bu kitablarda. Şagirdlər də, müəllimlər də əziyyət çəkirlər”.

AzNews.az