Azərbaycan Rusiyadakı seçkiqabağı monitorinqlərdə iştirak ecəcək

17 Fevral 2018 16:00 (UTC+04:00)

Milli Məclisin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, onlar bu ölkədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçkiqabağı monitorinqdə iştirak edəcək

Millət vəkilləri Moskva və Sankt-Peterburq şəhərlərində seçkiqabağı vəziyyət, prosesin təşkili ilə yaxından tanış olacaq, namizədlər tərəfindən təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsini müşahidə edəcəklər.

Səfər fevralın 23-də başa çatacaq.