Sərnişin qatarı relsdən çıxdı

17 Fevral 2018 19:04 (UTC+04:00)

APA-nın "Georgia Online" saytına istinadən verdiyi məlumata görə, hadisə Borjomi şəhərini Bakuriani qış kurortu ilə birləşdirən dəmir yolunda baş verib.

Hadisə nəticəsində xəsarət alan yoxdur. İlkin məlumata görə, qəzaya səbəb döngələrin birində relsin çökməsi olub.

AzNews.az