Helikopterin qəzaya uğramasısı nəticəsində ölənlərin sayı 13-ə çatdı

17 Fevral 2018 20:00 (UTC+04:00)

AzNews.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş prokurorluğu məlumat yayıb.

Qəza yerində 12 nəfərin meyiti aşkarlanıb. Bir nəfər isə xəstəxanada dünyasını dəyişib.

Meksikanın daxili işlər naziri Alfonso Navarretenin və Oahaka ştatının qubernatoru Alexandro Muratonun olduğu helikopter zəlzələdən zərər çəkən ərazilərə baxış uçuşu zamanı qəzaya uğrayıb. Onlar xəsarət almayıb.

Pilot 30 metr hündürlükdə idarəetməni itirərək helikopterin avtomobilin üzərinə düşməsinə səbəb olub.