Əlillər pansionatında əlili döydülər

17 Fevral 2018 21:00 (UTC+04:00)

“Ölkə.Az”ın məlumatına görə, Əlillər pansionatında müalicə alan Möhübbət Məsləhət oğlu Məlikov tanımadığı şəxs tərəfindən döyülüb.

Zərərçəkən DİN-nin 102 zəng mərkəzinə müraciət edib. Baş vermiş hadisə ilə bağlı dərhal Xəzər rayon Polis İdarəsi 1-ci Polis bölməsinin əməkdaşları pansionata gəlib və ilkin araşdırmalara başlayıblar. Hələlik əlili döyən naməlum şəxs müəyyən edilməyib.

M.Məlikov xəsarət dərəcələrinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertiza şöbəsinə göndərilib.

AzNews.az