Həbsxanadan 2 terrorçu və 8 narkotik qaçaqmalçısı qaçdı - Xüsusi komissiya onları axtarır

17 Fevral 2018 21:11 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə 1TV telekanalı şənbə günü bölgə rəhbərliyinə istinadən məlumat verib.

Həbsxanadan qaçanlar radikal Taliban hərəkatının (Rusiyada qadağan edilən) iki terrorçusu və səkkiz narkotik qaçaqmalçısıdır. Bu barədə əyalət qubernatorunun mətbuat katibi Əbdülrəhman Manqal televiziya kanalına bildirib.

Onun sözlərinə görə, hadisəni mərkəzi və yerli hakimiyyət orqanları tərəfindən yaradılan iki xüsusi komissiya araşdırmağa başlayıb.