İordaniyada terror planının qarşısı alınıb

17 Fevral 2018 22:48 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, mənbənin məlumatına görə, terror şəbəkəsi, narkotik və silah tacirləri sərhəd və “Tayplayn” neft kəmərinin bilavasitə yaxınlığında yerləşən evdən istifadə etməklə qanunsuz daşımalar və terror aktlarının həyata keçirilməsi üçün yeraltı tunellər qazıb. Ölkə hakimiyyətinin əmri ilə terrorçuların istifadə etməyi planlaşdırdıqları bütün tunellər məhv edilib.