Gürcüstanda Azərbaycan vətəndaşı qətlə yetirilib

18 Fevral 2018 10:08 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, silahlı insidentə mübahisə səbəb olub. Qarın nahiyəsindən yaralanan Azərbaycan vətəndaşı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qətli törətmiş şəxsin Azərbaycan vətəndaşının qohumu olduğu bildirilir. O, hadisə yerindən qaçsa da, bir neçə saatdan sonra saxlanılıb. Onu 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.