Qurd xəstəliyindən xilas olmaq üçün benzin içdi

18 Fevral 2018 10:36 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində yerləşən 8 saylı binada baş verib.

1984-cü il təvəllüdlü yerli sakin V.Mustafayev benzin içərək zəhərlənib. Xəstə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

O, benzini qonşusunun məsləhəti ilə qurd xəstəliyindən xilas olmaq üçün içib.

V.Mustafayev hazırda müalicəsini davam etdirir.