Banklar 11 milyard manatdan çox kredit verib

18 Fevral 2018 17:03 (UTC+04:00)

AzNews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumi kredit portfelinin 9656,5 milyon manatı və ya 82,1 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 96,4 faizi banklar, 3,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1626,7 milyon manata çatıb və ümumi kredit portfelinin 13,8 faizini təşkil edib.