Mingəçevirdə sürücü maşını səkiyə çıxaraq piyadaların üzərinə gedib - Foto

18 Fevral 2018 21:11 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin N.Nərimanov küçəsindəki yol qovşağında “Mercedes” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində baş verib.

Zərbənin gücündən idarəetmədən çıxan “Mercedes” səkiyə çıxıb və piyadaların olduğu səki ilə 50-60 metr hərəkət edib.

Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, avtomobillərə, xüsusilə "Mercedes"ə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.