DİN Göyçayda baş vermiş hadisə ilə bağlı məlumat yayıb

7 Mart 2013 12:10 (UTC+04:00)



Martın 6-da Göyçay şəhəri ərazisində, su-kanalizasiya xətti çəkilməsi üçün aparılan qazıntı işləri zamanı torpaq sürüşməsi baş verib. Nəticədə orada işləyən Ağdaş rayon sakini Xaləddin Əhmədov və Tovuz rayon sakini Nemət Əliyev torpağın altında qalıb.

Görülmüş tədbirlər nəticəsində hər iki şəxs torpağın altından çıxarılaraq xəstəxanaya yerləşdirilib.