Maduro işarə dili ilə danışdı

19 Fevral 2018 09:46 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Maduro çıxışında bunları deyib: "Mən prezident Nikolas Maduroyam. Biz sülh istəyirik, birlik istəyirik. Biz Venesuelanı hər kəs üçün istəyirik. Çoxları bizi dinləmək istəmir, amma biz danışmağa davam edəcəyik."

Video çarx fevralın 18-də yayımlanıb. Video çarxda prezident, vitse-prezident, nazirlər və Maduronun həyat yoldaşı da iştirak ediblər.