Hakim 9 futbolçuya qırmızı kart göstərdi

19 Fevral 2018 10:19 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən xəbər verir ki, Braziliyada "Vitoria" və "Bahia" futbol komandaları arasında keçirilən matçda dava baş verib. Bunu görən hakim 9 oyunçuya qırmızı kart göstərib.

Olay "Bahia" oyunçusunun vurduğu cərimə zərbəsindən sonra baş verib. Baş verən davada oyunçuların yarısı iştirak edib.

9 futbolçunu meydandan qovan hakim oyunçuların az olması səbəbilə matçı dayandırıb.