İranda üç islahatçı qəzetin nəşrinə qadağa qoyuldu

7 Mart 2013 12:14 (UTC+04:00)
İranda üç islahatçı qəzetin nəşrinə qadağa qoyulub. APA-nın HRANA-ya istinadən məlumatına görə, bunlar "Asiman" (həftəlik) və "Mehrnamə" və "Təcrübə" (hər ikisi aylıq) qəzetləridir.

Hər üç qəzet İranda islahatçı qanadın güclü təbliğat vasitələridir və eyni məzmunlu yazılar dərc edirlər. Qəzetlərin nəşrinə qadağa qoyulmasının səbəbi bəlli deyil. Ancaq İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) xarici ölkələrin kütləvi informasiya vasitələri, xüsusilə BBC ilə əməkdaşlıqda günahlandırılaraq həbsə aldığı 19 jurnalist arasında hər üç qəzetin əməkdaşları olub.

Qeyd edək ki, Qulamhüseyn Kərbasçı "Asiman", Məhəmməd Quçani "Mehrnamə" və "Təcrübə" qəzetlərinin baş redaktorudur. Xəbər rəsmi şəkildə hələlik öz təsdiqini tapmayıb.

AzNews.az