Yağışdan sonra Bayılda vəziyyət necədir?

19 Fevral 2018 11:52 (UTC+04:00)

Bunu “Report”a açıqlamasında ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, hazırda sürüşmə olan əraziyə getmək təhlükəlidir: “Ərazidə çoxsaylı, onlarla çat var. Çatlarda kiçik dəyişiklik olsa belə onu müşahidə etmək mümkünsüzdür”.

Ə.Qaralov qeyd edib ki, mütəxəssislər ərazidə gündəlik araşdırmalar aparır: “Proses davam edir, sürüşmə aktiv fazadadır. Ərazidə sakin yoxdur”.

AzNews.az