Meksikada yenidən zəlzələ oldu

19 Fevral 2018 12:02 (UTC+04:00)

AzNews.az xəbər verir ki, zəlzələ Oaxakanın 43 kilometr şərqində səhər saatlarında qeydə alınıb.

Zəlzələ qurbanları və dağıntılar barədə məlumat verilməyib.

Daha əvvəl Meksikanın Milli Mülki Müdafiə Xidməti, Oaxaka əyalətinin 33 bələdiyyəsində fevralın 16-da baş verən ağır zəlzələ ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edib.