İdmançımızın olimpiadada böyük slalom yarışına qatılmamasının səbəbi

19 Fevral 2018 11:58 (UTC+04:00)

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bu, 26 yaşlı idmançının yalnız slalom yarışına köklənmək istəyilə əlaqədardır. Avstriyalı legioner bunu böyük slalomun slaloma nəzərən daha çətin yarış olması ilə əlaqələndirib. Fevralın 22-də keçiriləcək slalom yarışına ümumilikdə 102 idmançı sifariş olunub.

Qeyd edək ki, Qış Olimpiya Oyunlarına fevralın 26-da yekun vurulacaq.