Deputatlarımız Almaniyaya gedir

19 Fevral 2018 12:17 (UTC+04:00)

Milli Məclisdən AzNews.az-a verilən məlumata görə, tədbirdə parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov və deputat Rövşən Rzayev iştirak edəcəklər.

Simpozium ölkəmizin Almaniyadaki səfirliyi, Azərbaycan-Almaniya forumu və Almaniya Atlantik Cəmiyyəti tərəfindən təşkil olunub. Toplantıda Xocalı soyqırımı, ümumilikdə Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər geniş ictimaiyyətə çatdırılacaq.

Millət vəkilləri Almaniya Bundestaqında və Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirəcəklər.

Səfər fevralın 25-də başa çatacaq.