Siyavuş Novruzovdan Fəzail Ağamalıya cavab

7 Mart 2013 12:35 (UTC+04:00)

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib ki, hər hansı icra başçısının işdən azad edilməsi haqda məlumat, sərəncam rəsmən açıqlanmazdan əvvəl KİV-lərdə peyda olur. Onun sözlərinə görə, prezident sərəncamlarının məzmunu rəsmi şəkildə Administrasiya tərəfindən elan olunmazdan öncə yayımlanırsa, KİV-ə ötürülürsə, bu, cinayətdir və kifayət qədər ciddi məsələdir.

Bununla bağlı AzNews.az-ın sualını cavablandıran YAP Siyasi Şurasının üzvü, deputat Siyavuş Novruzov deyib ki, bu işlə məşğul olanlar öz işlərinin bilicisidir: "Kimlər ki, bu işlərlə məşğuldur onlar da öz işlərini gözəl bilirlər. Ona görə də onlar heç kəsə heç bir zaman informasiya sızdıra bilməzlər".

Gültəkin
AzNews.az