Artıq çəkili olan vaxt onu tərk edən ərini bağışlamadı

19 Fevral 2018 15:52 (UTC+04:00)

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Betül Doğru adlı qadın 130 kilo olduğu zamanlar əri tərəfindən tərk edilib. Ruhdan düşməyən qadın mədə kiçiltmə əməliyyatı keçirib. Beləliklə də, onun çəkisi 78 kiloya düşüb.

Bunu görən həyat yoldaşı onunla yenidən evlənmək istəyib. Qadın isə ərinin bu təklifini rədd edib.