Avtobusda qadının telefonu oğurlandı

19 Fevral 2018 17:36 (UTC+04:00)

"Ölkə.Az"ın əldə etdiyi xəbərə əsasən, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb. Nailə Salamova adlı qadın 198 saylı marşrut avtobusundan düşdükdən sonra telefonunun cibində olmadığını görüb. N.Salamova dərhal ərazi üzrə 15-ci Polis Bölməsinə ərizə ilə müraciəAt edərək başına gələnləri polislərə bildirib. Hazırda qadının telefonunun tapılması istiqamətində təhqiqat araşdırmalarına başlanılıb.

AzNews.az