Səbaildə qadın meyiti tapılıb

19 Fevral 2018 20:09 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, l Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan qadın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.