Şəhriyar superturnirdə iştirak edəcək

19 Fevral 2018 20:26 (UTC+04:00)

AzNews.az xəbər verir ki, turnirdə, həmçinin Vladimir Kramnik, Aleksandr Qrişuk, Pyotr Svidler, Sergey Karyakin, Yan Nepomnyaşiy, Daniil Dubov, Hikaru Nakamura, Vişvanatan Anand və Boris Gelfand iştirak edəcəklər.

Superturnirin açılışı martın 1-də olacaq. Martın 2-dən 4-dək keçiriləcək rapid və martın 5-dəki blits üzrə turnirlərə seçmə start partiyalarının yekunlarına görə daha dörd iştirakçı əlavə olunacaq.

Moskva yarışması Ş.Məmmədyarov üçün dünya şahmat tacına iddiaçıların Berlin turniri ərəfəsində sonuncu sınaq olacaq.