Bakının mərkəzində naməlum kişi meyiti tapıldı - Foto

19 Fevral 2018 20:37 (UTC+04:00)

AzNews.az DİN-ə istinadən xəbər verir ki, onun xarakterik əlamətləri belədir: boyu 160-170 santimetr, arıq bədən quruluşlu, qara saçlı, gözlərinin rəngi qaradır. Sağ biləyində 5 ədəd nöqtə şəkli olan döymə var.

Əynində göy rəngli gödəkçə, mavi rəngli cins şalvar, ağ zolaqları olan qara rəngli idman ayaqqabısı var.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə (012) 498-02-02, həmçinin (050) 636-60-60, (055) 332-32-38, (051) 409-28-89 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.