Rövlan debüt etdi, Fərid qol vurdu - Çexiyada

19 Fevral 2018 21:37 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, azərbaycanlı futbolçular Fərid Nəbiyevlə Rövlan Muradovun çıxış etdiyi “Slaviya” “Dukla”nı qəbul edib. Görüş meydan sahiblərinin 4:8 hesablı məğlubiyyəti ilə başa çatıb.


Komandanın yeni transferi R.Muradov matça start heyətində başlayıb və 86-cı dəqiqədə əvəzlənib.

F.Nəbiyev isə 56-cı dəqiqədə meydana daxil olub. O, 2 dəqiqə sonra komandasının sonuncu qolunu vurub.