"Dəməşqin Afrinə qoşun yeritməsi Suriyanı parçalaya bilər" - Bəkir Bozdağ

19 Fevral 2018 23:34 (UTC+04:00)

AzNews.az Tass-a istinadən xəbər verir ki, bunu bazar ertəsi Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Ankarada keçirilən mətbuat konfransında deyib.

"Biz bütün istiqamətlər üzrə bu xəbərləri izləyirik. Rejim qüvvələrinin Afrinə daxil olacağına dair xəbərlər əsassızdır. Əgər Suriya kürdləri PYD/YPG terrorçularından qorumaq üçün Afrinə qoşun yeritsə, bu fəlakətə səbəb olacaq. Bu hücum həmçinin Suriyanın parçalanmasına gətirib çıxaracaq", - deyə Bozdağ bildirib.