Sevdiyi qızı ona verməyən ailəyə silah çəkdi - 3 nəfər öldü

20 Fevral 2018 10:40 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, əlində iki tüfənglə içəri girən oğlan Çətinqaya ailəsinə və evdə olanlara atəş açıb. Silah səsini eşidən qonşular polisə və təcili yardıma xəbər veriblər.

Qızın anası, qardaşı və bacısı olay yerində həyatını itiriblər. Daha 4 nəfər isə yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Polsi hadisəni törədib qaçan gənci axtarır.