Dövlət məndən daha çox vergi almalıdır - Bill Qeyts

20 Fevral 2018 11:11 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, CNN-ə danışan Bill Qeyts yeni qanunun orta təbəqəyə deyil, ən zənginlərin yararına olduğunu bildirib. 92 milyard dollarlıq sərvətə malik olan Bill Qeyts "Hər kəsdən çox vergi ödədim, 10 milyard dollardan artıq pulum vergiyə çıxdı, amma hökumət mənim səviyyəmdə olan insanlardan daha çox vergi almalıdır", deyə açıqlama verib.

Şəxsi sərvətinin 40 milyard dollarını xeyriyyə işləri üçün bağışlayan milyarder xanımı ilə birlikdə 2000-ci ildə ABŞ-da ən böyük xeyriyyə fondunu qurub.