Bayılda məcburi köçkünlərin yaşadığı ev uçdu - Fotolar

20 Fevral 2018 13:11 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hadisə Bayıl qəsəbəsinin Elşən İsmayılov küçəsindəki 102 A ünvanında yerləşən fərdi yaşayış evində baş verib. Evin daimi sakinlərindən olan Hicran Xəlilovanın sözlərinə görə, uçan ev Zəngilan rayonundan olan məcburi köçkün ailələrinə məxsusdur:

“Zəngilanın işğalından sonra biz iki ailə bu yarımçıq tikilidə məskunlaşdıq. Sonra orada yaşaya-yaşaya binanın içərisində iki ev tikdik. İndi köhnə bina çoküb. Bina çökəndə yeni tikilən iki otağı da uçurdub”.

Hicran Xəlilova qeyd edib ki, məsələ ilə bağlı aidiyyatı qurumlara məlumat verilib:

“Hazırda araşdırma aparılır”.

Bahar RÜSTƏMLİ

AzNews.az