Zakir Həsənov Belarusa gedir

20 Fevral 2018 13:25 (UTC+04:00)

Bu barədə AzNews.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İşgüzar səfər çərçivəsində Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak, eləcə də, bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi, hərbi sənaye kompleksinə daxil olan müəssisələrin ziyarət olunması nəzərdə tutulub.