Prezident seçkiləri üçün MDB müşahidə missiyasının rəhbəri təsdiqləndi

20 Fevral 2018 15:19 (UTC+04:00)

MDB İcraiyyə Komitəsindən "Report"a verilən məlumata görə, qərar bu gün Minskdə keçirilən MDB-nin Daimi Səlahiyyətli Nümayəndələr Şurasının iclasında qəbul edilib.

İcraiyyə Komitəsindən bildiriblər ki, hazırda müşahidə missiyasının formalaşdırılması prosesi gedir.

"Report"un daha əvvəl xəbər verdiyi kimi, MDB-nin uzunmüddətli müşahidə missiyası Bakıya martın 20-də, qısamüddətli missiya isə seçkilərdən bir neçə gün əvvəl gələcək.

Xatırladaq ki, Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri aprelin 11-də baş tutacaq.

AzNews.az