Qaradağda fəhlə etirazı: maaşlar vaxtında verilsin

7 Mart 2013 13:23 (UTC+04:00)
Bu gün Bakının Qaradağ rayonu ərazisində tikilən yeni sement zavodunun bir qrup işçisi maaşlarının vaxtında verilməməsinə görə zavodun qarşısında toplaşıb. APA-nın məlumatına görə, narazı fəhlələr daha sonra iş icraçıları ilə görüşüb. Problemin aradan qaldırılmasına vəd verildikdən sonra onlar işlərini davam etdiriblər.

Qaradağ Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, əraziyə polis qüvvələri göndərilib. Zavodun qarşısında və ya ətrafda hər hansı insident baş verməyib.

AzNews.az