Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişir

20 Fevral 2018 16:41 (UTC+04:00)

Bu barədə AzNews.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Məlumata görə, Bakı-yük-Keşlə mənzilinin tək yolunda aparılan təmir işləri ilə bağlı “Texniki fasilə”nin verilməsi ilə əlaqədar olaraq, 21 fevral – 6 mart (daxil olmaqla) tarixinədək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli hissəvi dəyişdirilir.