Saxta diplomla 8 il həkimlik edən fırıldaqçı tutuldu

20 Fevral 2018 17:53 (UTC+04:00)

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Bursada 8 il boyunca kəkələmə və nitq pozğunluğu üzrə Pensilvaniya Universitetinin loqolarının olduğu saxta professor sertifikatı düzəldib müalicə mərkəzi işlədən E.N.K adlı fırıldaqçı nəzarətə alınıb.

Saxta professorun yalanını, müalicə üçün gəlib sağalmayan xəstələr ortaya çıxardıb. Aparılan araşdırma zamanı saxta professorun lisey məzunu olduğu ortaya çıxıb.

Polisə verdiyi ifadədə ittihamları qəbul etməyən saxta professor sertifikat aldığını, sertifikata yanlışlıqla professor dərəcəsi yazıldığını və onun da məhz bu səbəblə professor adını özünə götürdüyünü bildirib.