Əfv Komissiyasının növbəti iclası keçirilib

20 Fevral 2018 18:19 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb, onların əksəriyyətinə müsbət rəy verilib.

İndiyədək keçirilən iclaslarda 400-ə yaxın müraciətə baxılıb.

Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.

Əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanması gözlənilir.