Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü - Yenilənib

20 Fevral 2018 18:30 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, binada yanğınla bağlı məlumat daxil olan kimi hadisə yerinə yanğınsöndürmə briqadası cəlb edilib.

Yanğının qarşısı tam alınıb və söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

***

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin inzibati binasında yanğın başlayıb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Nəsimi rayonu, Nizami küçəsində yerləşən binada yanğını söndürmək üçün yanğınsöndürmə briqadaları cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.