Azərbaycan-Makedoniya oyununun vaxtı dəqiqləşdi

20 Fevral 2018 19:18 (UTC+04:00)

AzNews.az AFFA-ya istinadən xəbər verir ki, Azərbaycan və Makedoniya milli komandaları arasında martın 27-də Türkiyənin Antalya şəhərində keçiriləcək yoldaşlıq oyununun vaxtı dəqiqləşib.

“Mardan” stadionunda keçiriləcək qarşılaşma yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.