Milli Qəhrəmanlara verilən Prezident təqaüdü 200 manat artırılıb

20 Fevral 2018 20:06 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən artırılaraq 1500 manat müəyyən edilib.

İndiyədək bu təqaüdün məbləği 1300 manat olub.