"Bu, jurnalist dələduzluğudur" - Keçmiş nazir

20 Fevral 2018 23:21 (UTC+04:00)

AzNews.az Sfera-ya istinadən xəbər verir ki, bu barədə sabiq nazir Ziya Məmmədov nəlumat verib. Z.Məmmədov bildirib ki, onun evinin yanması barədə yazılan xəbərlər yalandır:

"Birincisi, yanğın gözlənilməz hadisədir. Yəni bu, hər kəsin başına gələ bilər. Digər tərəfdən isə, mənim nə evim, nə də həyətim yanmayıb. Mənim heç nəyim yanmayıb. Kimin evi yanıbsa, bunun mənimlə heç bir əlaqəsi yoxdur. Bu, tam yalan və uydurma xəbərlərdir. Evim yanıbsa, gedib yoxlaya bilərlər. Bunu rayon icra hakimiyyətindən də çox asan öyrənə bilərlər. O zaman bilərlər ki, yanan ev mənə məxsus deyil".

Ziya Məmmədov evinin yanması barədə yalan yazan jurnalistləri də qınayıb:

"Bu, jurnalist dələduzluğudur. Buna başqa ad vermək mümkün deyil".