49 saylı avtobusun sürücüsü sərnişinlərin həyatını belə təhlükəyə atdı - Video

20 Fevral 2018 23:32 (UTC+04:00)

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, görüntülər Sabunçu rayonu, Bakıxanov qəsəbəsində lentə alınıb.

Kadrlardan avtobusun qarşısında bir avtomobilin asta sürətlə hərəkət etdiyi hiss olunur. Sürücü isə həmin minik maşınının yavaş getdiyini görüb, əks istiqamətə çıxaraq onu keçir.

O, bu hərəkəti ilə sərnişinlər və qarşıdan gələn avtomobillər üçün təhlükə yaradır.

Həmin sürücünü tapıb, bunun səbəbini soruşduq.

Sözügedən daşıyıcı şirkətin xətt nəzarətçisi Məqsəd Baratov isə bildirdi ki, həmin sürücü cəzalandırılacaq.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, həmin görüntülər araşdırılacaq. Daşıyıcı şirkətin rəhbərliyinə, anoloji hadisənin təkrarlanmaması üçün xəbərdarlıq ediləcək.