Çoban qoyunlarını əzən avtobusu yandırdı

21 Fevral 2018 10:18 (UTC+04:00)

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, avtobus yolun qarşısına keçməyə çalışan çoban və qoyunlarını vurub. Qəzadan sonra çoban benzin tökərək avtobusu yandırıb.

Qəza zamanı avtobus sürücüsü və daha 3 nəfər yaralanıb.

Çobanın yandırdığı avtobus yararsız hala düşüb. Polis araşdırmaya başlayıb.