Bill Qeyts seriala çəkilir

21 Fevral 2018 12:50 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, milyarder serialda ulduz qonaq kimi iştirak edəcək. Onun çəkildiyi epizodun premyerası mart ayında keçiriləcək.

Bill Qeyts ilk dəfə deyil ki, filmə çəkilir. O, ilk təcrübəsini hələ 2001-ci ildə çəkdiyi filmdə qazanıb.

"Böyük partlayış teoriyası" serialına gəlincə, bu serial CBS kanalında 11-ci mövsümdür ki, davam edir. Serialda Stefen Hokinq də daxil olmaqla dəfələrlə elm və biznes sahəsinin ulduzları çəkilib.