Fransa prokurorluğu azərbaycanlıların döyülməsini araşdıracaq

7 Mart 2013 13:59 (UTC+04:00)
Azərbaycan diasporu nümayəndələrinin Milli Assambleyanın binasında döyülməsi ilə bağlı iş Fransa prokurorluq orqanlarına verilib.

Bu barədə APA-ya Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib. Səfirlikdə bildiriblər ki, faktla bağlı cinayət işinin qaldırılması və bu işin hansı maddələr üzrə qaldırılmasına prokurorluqda qərar veriləcək. Bu məsələnin yaxın zamanlarda həllini tapacağı gözlənilir.

Qeyd edək ki, fevralın 26-da Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynov Fransa parlamentinin binasında erməni diasporunun nümayəndələri tərəfindən vəhşicəsinə döyülüblər. Döyülmə faktı ilə bağlı iş Fransa Jandarmeriyasına verilib. Xəsarət alanlar və insidentdə iştirak edən ermənilər hadisə ilə bağlı ifadə veriblər.

Fransa Xarici İşlər Nazirliyi və Fransa Milli Assambleyası Mirvari Fətəliyeva və Vüsal Hüseynovaya qarşı təcavüz aktını pisləyiblər.

AzNews.az